Azərbaycan

“Şahdəniz”də 2,9 milyard dollar dəyərində layihə üzrə tikinti işlərinə başlanılıb

20.10.2026
•
3 dəq oxu
“Şahdəniz”də 2,9 milyard dollar dəyərində layihə üzrə tikinti işlərinə başlanılıb

B Banker.az Facebook Instagram X Youtube B Banker.az Facebook Instagram X Youtube 19 C Baku Tuesday, October 20, 2026 Facebook Instagram X WhatsApp Youtube B Banker.az Ana səhifə Xəbərlər İqtisadiyyat İnvestisiya İnvestisiya məqalələri Kənd təsərrüfatı Neft və Qaz Nəqliyyat Dövlət büdcəsi Energetika Maliyyə xəbərləri Bank xəbərləri Qeyri-bank kredit təşkilatları Sığorta xəbərləri Kapital bazarı Kripto valyutalar Lizinq xəbərləri Lombard FinTex Biznes Yerli biznes xəbərləri Xarici biznes xəbərləri Aqrarbiznes Avto xəbərlər Telekommunikasiya Texnologiya xəbərləri Menecement (təyinatlar) Cəmiyyət İdman Ölkə daxili Ölkə xarici Karyera Rəsmi sənədlər Turizm Məqalələr Maliyyə Marketinq Blog yazıları Menecment Analitika Sığorta məqalələri Bank işi Risklərin idarə edilməsi Müştərilərə faydalı məsləhətlər Şəxsi psixoloq Məşhur şəxslər İnsan Resursları (HR) Hüquqi məsələlər Bu maraqlıdır Blog yazıları Xəbər lenti Alətlər Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması kalkulyatoru İQTİSADİ TƏQVİM Vakansiyalar Əlaqə type here... Axtarış Son xəbərlər: Xırdalanda tıxacı azaltmaq üçün yeni layihələr icra ediləcək

Ukrayna Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan 2-ci ölkədir

Azərbaycan Dəmir Yollarında gündəlik qatar sayı 27 faizə yaxın artıb

ABŞ Trampın ikinci müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

"Şahdəniz"də 2,9 milyard dollar dəyərində layihə üzrə tikinti işlərinə başlanılıb Neft və Qaz 20/10/2026 Paylaş Facebook X WhatsApp Telegram "Şahdəniz" qaz-kondensat yatağında 2,9 milyard ABŞ dolları dəyərində olan "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi üzrə dənizdə tikinti işlərinə başlanılıb.

Bu barədə "Şahdəniz" konsorsiumunun operatoru olan "BP Azerbaijan" şirkətinin məlumatında bildirilib.

Məlumata görə, son bir neçə həftə ərzində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək dörd boru payanın dənizə daşınması və quraşdırılması uğurla başa çatdırılıb. Əməliyyatlar "Xankəndi" sualtı tikinti gəmisi vasitəsilə həyata keçirilib.

Hər birinin uzunluğu təxminən 70 metr, diametri 108 düym, çəkisi isə 292 ton olan payalar BP-nin Xəzərdə indiyədək quraşdırdığı ən böyük diametrli boru payalardır.

Quraşdırma zamanı payaların sabitliyini və şaquli vəziyyətini təmin etmək üçün xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə olunub. Həmçinin, kampaniya çərçivəsində BP-nin regiondakı əməliyyatlarında ilk dəfə paya tıxacı texnologiyası tətbiq edilib.

"Bu mərhələnin tamamlanması 2028-ci ilin birinci yarısında ŞDK platformasının dayaq blokunun quraşdırılmasına zəmin yaradır", — BP-nin məlumatında bildirilir.

Qeyd edək ki, ŞDK layihəsinin əsas məqsədi "Şahdəniz" yatağında aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını təmin etmək və yatağın qazvermə əmsalını artırmaqdır. Layihə çərçivəsində yataqdan əlavə 50 milyard kubmetrə yaxın qaz və təxminən 25 milyon barel kondensat hasil edilərək ixrac olunacaq.

İlkin Mənbə və İstinad

📬 Həftəlik bülletenimizə abunə olun, heç bir xəbəri qaçırmayın!

Süni intellekt, qlobal iqtisadiyyat, maliyyə bazarları və texnologiya dünyasındakı ən mühüm yeniliklər birbaşa e-poçtunuzda.

Spam göndərilmir • İstənilən vaxt 1 kliklə abunəlikdən çıxa bilərsiniz.

Mövzu üzrə Digər Xəbərlər

Bütün xəbərlərə qayıt