Ana Səhifə/Xəbərlər/İqtisadiyyat və Maliyyə
İqtisadiyyat və Maliyyə

“Araz Supermarket” məhsulu göstərilən qiymətdən baha satıb – Dövlət Agentliyi

22.10.2026
•
1 dəq oxu
“Araz Supermarket” məhsulu göstərilən qiymətdən baha satıb – Dövlət Agentliyi

Azərbaycanda pərakəndə ticarətlə məşğul olan “Araz Supermarket” MMC barəsində qida məhsulunun qiyməti ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb. Sentyabrın 29 -da rəsmiləşdirilən protokol İnzibati Xətalar Məcəlləsinin istehlakçının malın hesabına dair az miqdarda aldadılmasını əhatə edən 447.0.1-ci maddəsi üzrə tərtib olunub.

Həmin maddəyə əsasən, hüquqi şəxslər üçün 4 min manatdan 6 min manatadək cərimə nəzərdə tutulur.

Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və şirkət “Veysəloğlu Şirkətlər Qrupuna” daxildir.

Xəbərdən Foto Qalereya (5 foto)

Böyütmək üçün şəklin üzərinə klikləyin

İlkin Mənbə və İstinad

📬 Həftəlik bülletenimizə abunə olun, heç bir xəbəri qaçırmayın!

Süni intellekt, qlobal iqtisadiyyat, maliyyə bazarları və texnologiya dünyasındakı ən mühüm yeniliklər birbaşa e-poçtunuzda.

Spam göndərilmir • İstənilən vaxt 1 kliklə abunəlikdən çıxa bilərsiniz.

Mövzu üzrə Digər Xəbərlər

Bütün xəbərlərə qayıt