Azərbaycan XİN həmvətənlərini Fransaya vacib olmayan səfərlərdən çəkinməyə çağırır

BAKI, Azərbaycan, 20 oktyabr. Azərbaycan vətəndaşlarına Fransaya səfərdən çəkinmələri tövsiyə olunur.
Bu arada bəyanatda qeyd edilir ki, son günlər Fransada iğtişaşlar, zorakılıq hadisələri və vətəndaş itaətsizliyi aktları daha tez-tez baş verir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarına çox zərurət olmadıqca Fransa Respublikasına səfərdən çəkinmələri, səfər etməyi planlaşdıranlardan isə həddindən artıq ehtiyatlı olmaları tövsiyə olunur.
Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmələri, insanların sıx toplaşdığı yerlərə getməmələri və rəsmi məlumat mənbələrinə mütəmadi olaraq nəzarət etmələri tövsiyə olunur.
Xəbərdən Foto Qalereya (2 foto)
Böyütmək üçün şəklin üzərinə klikləyinİlkin Mənbə və İstinad
- Orijinal Mənbə →Trend İnformasiya AgentliyiTrend İnformasiya Agentliyi — Orijinal xəbər lenti (20.10.2026).


