Bakı metrosuna daha bir yeni sədr müavini təyin edilib

"Bakı Metropoliteni" QSC-nin İdarə Heyətinin (İH) sədrinə daha bir müavini təyin edilib.
Yeni müavin 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.
O, 2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İH sədrinin müavini olub.
Z.Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.
O, 2017-ci ildə "Tərəqqi" medalı, 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı ilə təltif edilib.
Xəbərdən Foto Qalereya (5 foto)
Böyütmək üçün şəklin üzərinə klikləyinİlkin Mənbə və İstinad
- Orijinal Mənbə →Banker.azBanker.az — Orijinal xəbər lenti (22.10.2026).


